22 C
Baku
Friday, September 20, 2024

“Anglo Asian Mining” 2024-cü il üzrə mis hasilatı proqnozunu 3 dəfədən çox, qızılı isə 14% artırıb

Böyük Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian Mining” cari il üzrə hasilat həcmini mis üçün 250 tondan 850 tona, və qızıl üçün isə 14,000-dən 16,000 unsiyaya qaldırmaqla yeni proqnozunu təqdim edib.

Banker.az şirkətə istinadla xəbər verir ki, bu proqnoz  Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısının bu qərarı 5 avqustda tullantı bəndinin divarını yüksəltmək üçün icazə aldıqdan sonra verilib.

Tullantı bəndinin divarının yüksəldilməsi icazə alındıqdan dərhal sonra başlanıb. İşlər yaxşı irəliləyir və şirkət ilk 2.5 metrlik yüksəltmənin 3 ay ərzində tamamlanacağını gözləyir.

“İstehsalın qismən dayandırılması dövrünü yaxşı dəyərləndirdik. Mövcud emal əməliyyatlarımızın genişmiqyaslı yenidən qurulması və bərpası ilə yanaşı, çoxlu hazırlıq işlərini başa çatdırdıq ki, bu da bizi əsasən mis istehsalçısı olan orta səviyyəli, çoxlu aktivlərə malik bir şirkət olmaq üçün strateji artım planımızı həyata keçirməyə imkan verəcək”- deyə, “Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib.

Şirkət bildirib ki, qızıl daxil olmaqla, 19 500 unsiya qızıl ekvivalentinə yüksəldib (GEO). Bu əvvəl 15 000 GEO idi.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.

PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər