15 C
Baku
Saturday, October 19, 2024

Mərkəzi Bankda yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının Xəzinə departamentinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Ələkbərov Fətullah Əkbər oğlu vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Ağayev Elnur İdris oğlu əvəz edib.

Departamentin fəaliyyətinin əsas məqsədi ölkənin nağd pul ehtiyatlarının təhlükəsiz saxlanılması, iqtisadiyyatın nağd pula olan tələbatının vaxtında, müvafiq həcmdə, strukturda və keyfiyyətdə effektiv ödənilməsindən ibarətdir.

Ağayev E.İ. bundan öncə “PAŞA Bank” ASC-də çalışıb.

Son xəbərlər
Digər xəbərlər