16 C
Baku
Friday, October 18, 2024

HƏMAS tərəfindən qəbul ediləcək istənilən atəşkəs razılaşmasını dəstəkləyəcəyik – İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçı ilə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya arasında telefon danışığı baş tutub.

Söhbət zamanı HƏMAS rəsmisi Abbas Əraqçını xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib.

Tərəflər Qəzza zolağında atəşkəs danışıqlarının son vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.

Abbas Əraqçı öz növbəsində vurğulayıb ki, İran Qəzza zolağında Fələstin xalqı, müqavimət qrupları və HƏMAS tərəfindən qəbul ediləcək istənilən atəşkəs razılaşmasını dəstəkləyəcək.

Son xəbərlər
Digər xəbərlər