14 C
Baku
Saturday, November 23, 2024

Bakı və Gəncədə klinikalara sahib şirkət xərclərin artması səbəbindən keçən ili zərərlə bitirib

Azərbaycanın iki ən iri şəhərində klinikalara sahib olan “Memorial Hospital” və ya hüquqi adı ilə “Memorial Klinik” MMC 2023-cü ildə satışlarının maya dəyərinin, işçi xərclərinin artması səbəbindən ili zərərlə tamamlayıb.

Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, klinika keçən il 5 milyon 466 min manat üzərində gəlir edərək keçən ilki göstəricini cüzi (0.3 faiz) üstələsə də, satışın maya dəyəri illik müqayisədə 38 faiz artımla 3 milyon 688 min manata yüksəlib.

İşçi, icarə və digər xərcləri ehtiva edən inzibati xərclər isə illik müqayisədə 64 faiz artımla 1 milyon 773 min manata çatıb.

Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra onun zərəri 98 min manat təşkil edib. Halbuki, klinika keçən il “parlaq” maliyyə hesabatı elan etmişdi. Onun 5 milyon 466 min manata qarşı 1 milyon 298 min manata yaxın xalis mənfəəti vardı.

“Memorial Hospital”ın kapital balansında 7 milyon 64 min manat illərin yığılmış mənfəəti qalmaqdadır.

Onun nizamnamə kapitalı 20 manatdır. Nizamnamə kapitalında payçılar hər biri 50 faiz payla Mahir Ramazoanov Teymur oğlu, Namiq Yaqubov Oruc oğludur.

Gəncədəki klinikanın təsisçisi hər biri 50% payla “Memorial Klinik” MMC və Bəsirə Ramazanova Təvəkkül qızıdır.

mz1a1a2 1 2

Son xəbərlər
Digər xəbərlər