14 C
Baku
Saturday, November 23, 2024

Tokayev Qazaxıstanda qaz sənayesinin inkişafı ilə bağlı planları açıqlayıb

Uzunluğu 800 kilometrdən çox olan “Orta Asiya – Mərkəz” magistral qaz kəmərinin sahələrinin modernləşdirilməsi rekord müddətdə başa çatıb. İstehsal müəssisələrini genişləndirmək və qaz nəqli marşrutlarını şaxələndirmək lazımdır.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin xalqa müraciətində deyilir.

“Ötən il bir sıra qaz yataqlarının istismarına başlanılıb, həmçinin ümumi hasilat həcmi ildə bir milyard kubmetr olan yeni qaz yataqlarının işlənməsi planlaşdırılır. Lakin bu layihələr tam istifadəyə verilənə qədər daxili bazara qaz tədarükünü rasional şəkildə paylamaq, istilik elektrik stansiyalarının və məişət istehlakçılarının kömürdən qaza keçirilməsinə balanslaşdırılmış şəkildə yanaşmaq lazımdır”, – deyə dövlət başçısı bildirib.

Prezident Janaozen, Kaşaqan və Qaraçaqanakda qaz emalı zavodlarının tikintisinin sürətləndirilməsini hökumət qarşısında prioritet vəzifə kimi müəyyənləşdirib.

“Sənayenin uğurlu inkişafı üçün adekvat tariflərin və topdansatış qiymətlərinin təmin edilməsi də daxil olmaqla, investisiyaların qaytarılmasını təmin etməyə yönəlmiş səmərəli stimulları tez bir zamanda tətbiq etmək lazımdır. Bu cür şərtlər qaz yataqlarının geoloji kəşfiyyatına yeni investisiyalar üçün son dərəcə vacibdir. Əks halda, iqtisadiyyatı kifayət qədər qaz həcmləri ilə təmin etmək sadəcə olaraq mümkün deyil”, – deyə Kasım-Jomart Tokayev əlavə edib.

Son xəbərlər
Digər xəbərlər