13 C
Baku
Friday, November 22, 2024

“Kapital Bank”dan “Ziraat Bank Azərbaycan”a transfer

“Ziraat Bank Azərbaycan” ASC-nin strukturunda yeni departament təsis edilib və ona rəhbər təyinat edilib.

Banker.az xəbər verir ki, Rəşad Babayev bankın Satış departamentinin direktoru təyin edilib.

R.Babayev buna qədər “Kapital Bank” ASC-nin Kiçik və orta biznes satışları şöbəsinin müdiri olub. O, 2018-ci ilin martında “Kapital Bank”ın komandasına qoşulmuşdu.

Rəşad Babayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və 2009-2011-ci illərdə magistr dərəcəsinə yiyələnib.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0.01 %-i “Zıraat Teknolojı” şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər