10 C
Baku
Saturday, November 23, 2024

“Orqanik Naxçıvan” aqroparkının layihələndirməsi bu ayın sonu başa çatacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən müasir standartlara uyğun şəkildə yaradılacaq aqropark muxtar respublikada kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək. Hazırda aqroparkın sənaye zonasının sahədaxili kommunikasiyası, pivot və müasir suvarma sistemlərinin layihələndirilməsi üzrə tamamlanma işləri aparılır. Bu istiqamətlərdə işlər yekunlaşdırıldıqdan sonra, daha dəqiq desək, sentyabrın sonuna artıq aqroparkın layihələndirilməsi prosesi tam başa çatacaq.

Bu sözləri “Orqanik Naxçıvan” aqroparkının layihə rəhbəri, memar Murad Əhmədli söyləyib.

O deyib: “Layihəyə uyğun olaraq aqroparkda heyvandarlıq və quşçuluq təsərrüfatlarının, o cümlədən ət, süd və bitkiçilik istehsalı üzrə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, logistika mərkəzləri, laboratoriyalar, texniki park, tır parkı və bir neçə köməkçi binanın inşası da layihədə yer alıb. Layihə çərçivəsində pivot, damcı və çiləmə suvarma sistemlərinin qurulması ilə yanaşı, su təminatının yaxşılaşdırılması üçün süni gölün də yaradılması planlaşdırılır. Həmçinin aqroparkda gübrə istehsalı da həyata keçiriləcək”.

Qeyd edək ki, aqroparkın yaradılması üçün Kəngərli rayonunun Böyükdüz massivində 2000 hektardan artıq ərazi ayrılıb. Ötən il Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterin ilkin infrastrukturunun qurulması üzrə layihə-smeta sənədlərinin tərtib olunması xidmətinin satınalınması üçün tender elan edilib və qalib şirkətlə nazirlik arasında müqavilə imzalanıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər