Ukrayna ilə Beynəlxalq Valyuta Fondunun ekspertləri arasında bu ölkəyə ayrılan 15.6 milyard dollarlıq yardım paketinə yenidən baxılması haqqında razılıq əldə olunub.
Bu barədə ölkənin baş naziri Denis Şmıqal məlumat verib.
O deyib ki, sözügedən qurumun qərarından sonra bu paketə 1.1 milyard dollar əlavə ediləcək.
Bu vəsaitin maliyyələşməsi qurumun İdarə Heyətinin qərarından sonra təmin olunacaq.