Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Ağa-EE İnşaat” MMC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7 664 194 manatdır.