15 C
Baku
Friday, September 20, 2024

Mərkəzi Bank 5 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” MMC və “Cibpay” MMC-yə ödəniş təşkilatı, həmçinin “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Bu barədə Banker.az-a AMB-dən məlumat daxil olub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.

Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Son xəbərlər
Digər xəbərlər