13 C
Baku
Friday, November 22, 2024

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Bu barədə “Reuters”ə Sloveniyanın BMT-dəki missiyası bildirib.

Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclası Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunacaq və dünya liderlərinin BMT Baş Assambleyasının illik sessiyasında Nyu-Yorkda olacağı vaxtda keçiriləcək.

İclas Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Yaponiya, Cənubi Koreya və Malta tərəfindən çağırılıb.

Xatırladaq ki, Zelenski gələn həftə Ukraynanın yeni qələbə planını təqdim etmək üçün ABŞ-yə səfər edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər