10 C
Baku
Tuesday, November 26, 2024

Qlobal elektrik avtomobil bazarı 2024-cü ildə 22 % artacaq

Hibridlər də daxil olmaqla (o cümlədən qoşula bilən, PHEV) dünya elektromobil bazarı 2024-cü ildə təxminən 22 % artacaq. Bu barədə EY Global Mobility Consumer Index-in illik hesabatında deyilir

Bu barədə “EY Global Mobility Consumer Index”in illik hesabatında deyilir.

Bildirilib ki, 2025-ci ildə 23 % artım gözlənilir. “GlobalData”ya görə, 2023-cü ildə 29,7 %, 2022-ci ildə isə 37 % artım olub.

Hibridlər nəzərə alınmadan dövriyyə 2023-cü ildə 32 %, 2022-ci ildə isə 65 % artıb. Cari ilin birinci yarısında 9,6 % artıb və 2024-cü ilin sonuna 15 %, 2025-ci ilin sonuna isə 28 % artım proqnozlaşdırılır.

Natural ifadədə tam elektrikli avtomobillərin (BEV) satışı bu il 2022-ci ildəki 7,4 milyon ədədə qarşı 11,2 milyon ədəd səviyyəsində gözlənilir.

Hesabata görə, elektromobillərə maraq yüksək olaraq qalır. BEV və ya hibrid almağı planlaşdıranların payı daxili yanma mühərrikli avtomobillə müqayisədə bu il 58 % təşkil edir ki, bu da ötən illə müqayisədə 55 % çoxdur.

Eyni zamanda, bəzi istehlakçıları elektromobil almaqdan hələ də bir sıra amillər çəkindirir. EY-nin sorğusuna görə, respondentlərin 27 %-i ən çox yükləmə stansiyaların çatışmazlığından narahatdır, 25 %-i yürüş məsafəsindən narahatdır, 18 %-i uzun müddətli yükləmə vaxtından gileylənir. Beş il ərzində ilk dəfə olaraq sorğu çərçivəsində batareyanın dəyişdirilməsi xərcləri ilə bağlı narahatlıqlar aşkar edilib – potensial alıcıların 26 %-i bunu qeyd edib.

Elektromobil almağa həvəsləndirən amillər arasında yüksək yanacaq qiymətləri əsas olaraq qalır – sorğuda iştirak edənlərin 37 %-i bunu vurğulayıb. Öz növbəsində, ekologiya artıq istehlakçıları o qədər də narahat etmir. Bu il onu həvəsləndirici amil kimi adlandıranların payı 2021-ci ildəki 49 %-lə müqayisədə 34 %-ə düşüb.

EY-nin sorğusu 2024-cü ilin iyun-iyul aylarında keçirilib və 28 ölkədən 19 min istehlakçını əhatə edib.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər