Bir vaxtlar “Səba” ASC-yə məxsus olub və satışa çıxarılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalı 100 manatdan 10 667 000 manata qaldırılıb.
Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2013-cü ildə “Səba” ASC-nin tək təsisçiliyi ilə təsis edilib.
“Səba” ASC-nin “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında səhmdarlar cari ilin iyulunda iclas keçirmişdilər.