13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradılması planlaşdırılır

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatında bildirilir.

Məlumata görə, qurumun rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib. Bu qrup Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılıb.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, “Turizmin inkişafı” İşçi qrupun rəhbəri, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Tematik qrupun rəhbəri, RİNN-nin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, aidiyyəti dövlət qurumlarının, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda avtomobil icarəsi sahəsinin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin yaradılması üzrə müzakirələr aparılıb.

İclas zamanı özəl sektor, aidiyyəti dövlət qurumları ilə aparılmış müzakirələrin nəticələri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla RİNN-nin hazırladığı normativ hüquqi akt layihələri və avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib. Bildirilib ki, bu sahənin dövlət tənzimlənməsi təşəbbüsü sahibkarların qarşılaşdıqları çətinliklərin və qeyri-qanuni fəaliyyət nəticəsində üzləşdikləri haqsız rəqabətin aradan qaldırılması, eyni zamanda onların səmərəli iqtisadi fəaliyyətinə, eləcə də sahənin investorlar üçün cəlbediciliyinə şərait yaradılması ilə bağlı, məhz özəl sektorun çağırışlarına cavab olaraq irəli sürülüb.

Müzakirələr çərçivəsində irəli sürülmüş layihələrə dair aidiyyəti qurumların nümayəndələrinin, həmçinin şirkətlərin təmsilçilərinin rəy və təklifləri dinlənilib, sahənin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı fikirlər irəli sürülüb.

Daha sonra müzakirələrdə qaldırılan məsələlərin təhlil edilməsi, aidiyyəti qurumların layihələrlə bağlı rəy və təkliflərinin ümumiləşdirilməsi və müvafiq qərarlar qəbul edilməsi üçün yekun layihələrin qısa müddət ərzində Komissiyaya təqdim edilməsi barədə Tematik qrupa tövsiyələr verilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər