11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda bir neçə vəkil barəsində cinayət işi başlanılıb, istintaq aparılır

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.

Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır.

Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər
Digər xəbərlər