Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Pakistana 37 ay ərzində 7 milyard dollar məbləğində maliyyə yardımı paketinin verilməsini təsdiqləyib.
Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Məlumata görə, 1,1 milyard dollar məbləğində ilk tranş 30 sentyabr 2024-cü il tarixinədək İslam Respublikasının Dövlət Bankına köçürülə bilər.
Pakistan üçün növbəti kredit proqramı ilə bağlı danışıqlar 2024-cü ilin may ayında başlayıb.