22 C
Baku
Friday, September 27, 2024

“Özünüz haqqında məlumat verin” sualına necə cavab verməli?

“Özünüz haqqında məlumat verin” ilk baxışdan adi sual kimi görünsə də, bu müsahibə götürənlərin ilkin sizi tanıma fəndidir. Bu sual sizə asan gəlməsin. Siz bu suala olduqca dolğun və taktiki cavab verməlisiniz. 

“Özünüz haqqında məlumat verin” bu sual olduqca rahat görünə bilər, ilk baxışdan da qulağa sadə gəlir. Əslində bu sual sərhədləri olmayan, yalnız sizin cavabınıza bağlı olan və haqqınızda bir rəsm, tablo formalaşdıracaqdır. Aydın məsələdir ki, həm müsahibə həyəcanından, həm də hər hansı limiti olmayan, tamamən sizin öhdəliyinizdə olacaq bir təsəvvür yaratamalı olduğunuzdan beyin tamamən qarışır və belə suallar meydana gəlir:

Həyat hekayəmi (bioqrafiya) mi danışım?

Kariyeram barədə məlumat verim?

Hobbilərim barədə (sevdiyim filmlər, kitablar və digər) məlumat verim?

Yoxsa tərk etdiyim işim barədə?

Sanki Bu, kiminsə “otaqda gəzməyi” və hər kəsə “bir az nəsə deməyi” təklif etdiyi böyük bir iş görüşünə bənzəyir. Bu mövzular şəxsi fikir, nöqteyi-nəzər olmadan yaradılan ünsiyyətdir (yuxarıda deyildiyi kimi çərçivəsi olmayan). Müsahib nə danışacağını, fikrini necə ifadə edəcəyini bilmir, ya da ifadə etdikləri sadə, primitiv məsələləri olur. İşə götürən üçün bu cavabınızda ən önəmli, qeyd götürəcəyi, fikir verib, rəy formalaşdıracağı nüans “Mən bu vakant yer üçün ən yaxşı namizədəm” cümləsini əhatə etməyiniz olacaqdır. “Özüm haqqında hər bir məlumat” yığını deyil. Amma sırf bu nöqtəyə gəlmək üçün hansı taktikaları tətbiq etməlisiniz?

 HR qarşısında əyləşən özünüz təqdim etdiyiniz bioqrafiyanızdan çox olmalısınız. 

“Özünüz haqqında danışın” sualını cavablandırmaq, müsahibinizin CV sayəsində iş tarixçənizi artıq bildiyini başa düşməkdən başlayır. CV-də olan məlumatları təkrarlamaq uğurlu gediş deyil. Müsahibinizə sizin o işə uyğun ən iddialı namizəd olduğunuzu sübut etmək üçün bunu güclü arqumentlərlə əsaslandırmağınız lazımdır. Bu da sizin monoloqunuzdan asılıdır. Vakansiyaya uyğun olmasaydınız, onsuz da o otaqda oturmazdınız. Ona görə də, havadan, sudan, sevdiyiniz nələrdənsə danışmaq bu suala cavab deyil. Bu sualı və hiyləni düzgün dəyərləndirmək üçün iki gediş önəmlidir. Birinci, həmin qurumun ehtiyacları, ikinci, özünüzü bu vakansiya üçün ən uyğun namizəd kimi təqdim etmək. 

Təşkilatın ehtiyacını müəyyən etmək – ”tələb” və “arzu olunandır”ı müəyyənləşdirmək. Bəzi hallarda göstərilən bacarıqlarınız iş üçün uyğun olsa belə, adlar düzgün ifadə olunmaya bilər, bu hal da seçimə təsir edən amillərdəndir. İşin təsviri də əhəmiyyətli rol oynaya bilər. Yəni bu daha təfsilatı ilə verilməlidir. Bu kriteriyaları necə ödəmək olar?

Bu təqribi belə olmalıdır “Mən həmin namizədəm ki,..” və “Mənim iş prinsipim” çox ağ etmədən (necə deyərlər) təcrübənizdən güclü bir epizod danışın. Burada göstərilən “arzu olunan” və “Tələb edilən” punktları ödənsin və “Mən həmin namizədəm ki,..” və “Mənim iş prinsipim”i əhatə etsin. Təcrübə dəqiqliyi təmin edir. 

Harvard Business Review

Müəllif Aliyə Vəliyeva

Son xəbərlər
Digər xəbərlər