Cushman & Wakefield ardıcıl olaraq ikinci ildir ki, Honq Konqda yerləşən Causeway Bay küçəsini dünyanın ən bahalı ticarət küçəsi elan etdi. Bu küçədə daşınmaz əmlak kirayə etməyin dəyəri hər kvadrat metrə görə 24,983 avroya çatıb. Reytinqdə ikinci və üçüncü pillələrdə Nyu-Yorkda “Fifth Avenue” (bir kvadrat metrə görə 20,702 dollar) və Parisdə Champs-Élysées (13,255 dollar) küçələri yer almışlar. Reytinqə liderlik edən bu üçlük siyahıdakı digər küçələri əhəmiyyətli dərəcədə geridə qoyub.
Şirkətin verdiyi məlumatlara görə, ümumilikdə dünyada kirayə faizləri cəmi 3,2% artmışdır.
Cushman & Wakefield-in baş analitiki Martin Mahmuti-nin sözlərinə görə, 2014-cü ildə iqtisadi risklər saxlanılsa da, eyni zamanda bir çox bazarlarda vəziyyət yaxşılığa doğru dəyişəcək.
İcarə haqqı qiymətlərinə görə dünyanın ən bahalı ticarət küçələrinin siyahısı aşağıdakı kimidir:
2013-cü ildəki yeri. | 2012-ci ildəki yeri. | Ölkə | Şəhər | Küçə | Kv.metrə görə illik dəyər (avro ilə) | %dərəcələrinin dəyişməsi |
1 | 1 | Çin | Honq Konq | Causeway Bay | 24,983 | 14,7% |
2 | 2 | ABŞ | Nyu-Rork | Fifth Avenue | 20,702 | 0,0% |
3 | 3 | Fransa | Paris | Champs-Elysees | 13,255 | 38,5% |
4 | 6 | İngiltərə | London | New Bond-street | 8,666 | 15,6% |
5 | 4 | Yaponiya | Tokio | Ginza | 8,152 | 7,4% |
6 | 8 | İtaliya | Milan | Via Montenapoleone | 7,500 | 7,1% |
7 | 7 | İsveçrə | Zürih | Banxofştrasse | 7,236 | 2,3% |
8 | 5 | Avstraliya | Sidney | Pitt-Street-Moll | 7,042 | 0,0% |
9 | 9 | C.Koreya | Seul | Myeongdong | 6,063 | 6,4% |
10 | 11 | Avstriya | Vyana | Kolmarkt | 4,440 | 8,8% |
11 | 10 | Almaniya | Münhen | Kaufingerştrasse | 4320 | 6,1% |
12 | – | Rusiya | Moskva | Stoleşnikov döngəsi | 3846 | 17,6% |