“Meta”nın yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti onun şirkətinin səhmlərinin aktiv artımı sayəsində ilk dəfə olaraq 200 milyard dolları ötüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mark Zukerberq indi 201 milyard dollar sərvəti ilə “Bloomberg”in ən varlı adamları siyahısında dördüncü yerdədir.
Siyahıya “Tesla”nın rəhbəri İlon Mask liderlik edir, ikinci yeri “Amazon”un rəhbəri Ceff Bezos tutur, ilk üçlüyü isə LVMH-nin rəhbəri fransalı sahibkar Bernar Arno tamamlayır.
“Meta”ın kotirovkaları ilin əvvəlindən 60% artıb, şirkətin kapitallaşması 1.44 trilyon dollar təşkil edir. Qeyd edək ki, Mark Zukerberq “Meta”nın təxminən 13%-nə sahibdir.