21 C
Baku
Thursday, October 3, 2024

Gildən düzəldilmiş 8000 insanın sirri

Böyük Çin səddi bu ölkənin ən böyük görməli yeri hesab edilsə də, Çində bununla yanaşı daha bir heyrətamiz abidə mövcuddur. Bu bişmiş gildən düzəldilmiş daş insanlar ordusudur. Bu ordu özündə 8099 döyüşçünü və atı birləşdirir. Bu hələ ordunun tapılmış olan bir hissəsidir. Gil ordu 1974-cü ildə Çin imperatoru Sin Şuxuandinin məzarı yaxınlığında aşkar edilmişdi. Bu inanılmaz abidə öz miqyasları ilə heyrət doğurur və Misir piramidaları kimi dünya möcüzələri ilə müqayisə ediləcək dərəcədədir. Tədqiqatçılar belə hesab edirlər ki, bu formada gil ordu imperatora yeraltı dünyada öz gücünü bərpa etmək üçün lazım idi.

Əvvəllər Çin ənənəsinə görə imperator ilə canlı insanlar basdırılırdı. Bu gil heykəllər də canlı insanların yerinə basdırılan ilk nümunə rolunu oynayır. Lakin bir faktı unutmaq laızm deyil ki, mütəxəssislərin bəzi qiymətləndirmələrinə görə imperator ilə müxtəlif səbəblərdən 70 min işçi öz ailəsi ilə birlikdə basdırılmışdı. Bu səbəblərə misal olaraq bu ərazinin gizli qalmasını göstərmək olar. İmperator Sin ölümdən çox qorxurdu və buna görə də fanatik olaraq daimi həyat yaşamaq üçün üsullar axtarırdı. Bəzi tətqiqatçılar əminliklə bildirirlər ki, imperator 8 min döyüşçünü ölümsüzlük içkisi tapmaq üçün səfərə göndərir. Onlar səfərdə olarkən isə imperator civədən olan həblərdən istifadə edirdi və ola bilsin ki, onun ölümünün səbəbi məhz elə bu olub.

Ümumi nekropolun inşası üçün 38 il lazım olub və tikintidə 700 min usta və fəhlə işləyirdi. Maraqlıdır ki, bu gil döyüşçülərin hər birinin öz silahı, müxtəlif emosiyaları əks etdirən fərdi üz cizgiləri var. Daha sonradan buradan akrobatların, musiqiçilərin, məmurların heykəlləri və 2 bürünc döyüş arabası tapılmışdır. Döyüş arabaları imperatorun məzarından 20 metr aralıda aşkar edilib. Onlar 300-dən çox detaldan ibarətdirlər və qiymətli metallarla bəzədilmişlər.

Son xəbərlər
Digər xəbərlər