13 C
Baku
Saturday, November 23, 2024

Kommunal abunəçi kodlarının ad dəyişdirilməsi tam rəqəmsallaşıb

Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq “mygov” platforması vasitəsilə mümkündür.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar “mygov” tətbiqi vasitəsilə “Azəriqaz”, “Azərişıq” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (keçmiş Azərsu) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər.

Vətəndaşlar “mygov” tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün “Əhali istehlakçısının adının dəyişdirilməsi” bölməsinə daxil olurlar. “Azəriqaz”, “Azərişıq” və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin “mygov” hesabından götürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.

Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi “mygov” üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər