21 C
Baku
Thursday, October 3, 2024

Evkalipt bitkisindən qızıl tapılıb

Avstraliyalı alimlər bəzi evkalipt bitkilərinin köklərindən və yarpaqlarından kiçik qızıl parçaları aşkar etmişlər. Ümumilikdə ağaclar Avstraliya qitəsinin insan məskunlaşmamış ərazilərində bitmişlər. İndi əminliklə demək olar ki, pullar həqiqətən ağaclarda bitə bilər.

Bitkilərin öz yarpaqları vasitəsilə bəzi mineralları absorbsiya etmək qabiliyyətləri elmə sirr deyil. İndi alimlər sübut edə bilmişlər ki, bitkilər torpağın dərin və üst qatlarından mineralları özlərinə çəkə bilərlər. Tədqiqat müəllifləri belə hesab edirlər ki, onların işi qızıl əldə edilməsində yeni bir dövrün əsasını qoyacaq.

Nature Communications jurnalında nəşr edilmiş elmi hesabatda aşağıdakı nəticələr qeyd edilmişdir:

1. Avstraliyanın cənub və qərb bölgələrində bitən ekvalipt və akasiya bitkiləri uzun və şaxəli kök sisteminə sahibdirlər. Quraq mövsümlərdə isə bu bitkilərin kökləri su axtarışında olaraq torpağın ən dərin qatlarına gedirlər. Bu köklər o dərəcədə dərinliyə gedirlər ki, torpağın müxtəlif qatlarında qızıla rast gəlirlər.

2. Bu halda bitkinin kökləri vasitəsilə daimi olaraq sarı metalın biokimyəvi udulması prosesi başlayır.

Alimlərin həmçinin bildirdiyinə görə yarpaq nümunələrindən toplanmış sarı metalın həcmi çox azdır. Bu qızıl hissələri o qədər kiçikdirlər ki, mikroskop olmadan adi gözlə onları görmək mümkün deyil. Lakin əsas olan odur ki, hər bir halda pullar ağaclarda bitə bilirmiş!..

Son xəbərlər
Digər xəbərlər