1. Narkotiklərin dadına baxdıqda, tez bir zamanda başa düşürsən ki, bu sənin hər gün mübarizə aparacağın bir şey olacaq. O, elə bir eyforiya yaradır ki, sanki çempionatda qalib gəlibsən. Və sən artıq düşünməyə başlayırsan ki, sabah nə olacağının heç bir fərqi yoxdur, axı bu gün mən çempionatda qalib gəlmişəm.
2. Narkotiklər ucbatından həyatımın ən vacib anı – qızlarımın böyüməsini əldən verdim. Bunu özümə heç vaxt bağışlamaram.
3. Qızlarım üçün mən kumirəm və bu, mənə kifayət edir.
4. Dalma və Canina mənim qanuni qızlarımdı. Qalanları mənim pullarımın və səhvlərimin bəhrəsidir.
5. Əgər qızlarımın nişanlıları onları heç olmasa bir dəfə ağlatsa, yəqin ki onların başına bədbəxt hadisə gələcək.
6. Ailənin şərəfini qorumaq anı gələndə mən hətta Ben Laden qədər çox pis insana çevrilirəm.
7. Axı insanlar nə vaxt başa düşəcəklər ki, Maradona xoşbəxtlik istehsal edən maşın deyil.
8. Mən heç vaxt öz həyat yoldaşıma xəyanət etməmişəm. Lakin bu hətta baş versəydi belə, heç bir halda bunu etiraf etməzdim.
9. Mən və ya Pele, hansımızın daha yaxşı olması ilə bağlı mübahisə etmək mənasızdır. Hər ikimiz “mən” deyə cavab verəcəyik.
10. Müalicə olunduğum psixiatriya klinikasında biri özünü Napoleon, digəri isə San-Martin (İspaniya istilasından azad olmaq uğrunda Argentinanın apardığı mübarizənin lideri) hesab edirdi. Amma heç kim mənim Maradona olduğuma inanmırdı.
11. Futbol zövq və sevinc bəxş edən oyundur, burda oyunçular stress keçirməməlidir. Stress bütün gününü işdə keçirənlər üçündür.
12. Allah mənə yaxşı oynamaq bacarığı verib. Məhz buna görə mən oyun meydançasına çıxdığım zaman xaç çəkirəm. Mənə elə gəlir ki, bunu etməsəm onu satmış olacağam.
13. Vaxtilə mənim Fioritodakı (Buenos-Ayresin şəhərətrafı qəsəbə) evimdə o qədər deşik var idi ki, evin içərisində daha güclü yağış yağırdı, nəinki çöldə.
14. Mən əlimdə olan hər şeyi itirdim. İndi yalnız ailə həyatından zövq almaq istəyirəm.
15. Allah yalnız o insanlara kömək edir ki, onlar özünə kömək etməyi bacarır.
16. Mən çox tez-tez özümü “One Flew Over the Cuckoo’s Nest” filmindəki Cek Nikolson kimi hiss edirəm.
17. İnsanların heç ağlına belə gəlmir ki, Bexkem kimi yüzlərlə gənc üçüncü dünya ölkələrinin tozlu küçələrində futbol oynayır.
18. Məni tənqid edən hər kəs gec-tez öz sözlərin geri götürəcək.
19. Mənim siyasətçilər qarşısında müstəsna üstünlüyüm var: onlar ictimai, mən isə məşhur insanam.
20. Oğrunu qarət edən hər kəs bağışlanmağa layiqdir.
21. Topu çirkləndirməkdən qorxmayın.
22. Mənim adım bir çoxlarının hesab etdiyi kimi bir o qədər də ağır yük deyil.
23. Mən təpədən-dırnağa kimi argentinalıyam. Öz vətənimdə də dünyamı dəyişəcəyəm.
24. Kobud zarafatlardan qidalanıram.
25. Anam elə fikirləşir ki, mən ən yaxşıyam. Mən heç vaxt anamla mübahisə etmirəm