Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.
Bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Xidmət rəisinin digər əmri ilə isə Faiq İsmayılov Yasamal rayonu idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Nasir Qurbanov SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi vəzifəsinə gətirilib.