14 C
Baku
Saturday, November 23, 2024

“Araz” supermarketlər şəbəkəsi ilin ilk yarısı 96 fermerdən 40 min tondan çox məhsul alıb

®“Araz”la əməkdaşlıq nəticəsində məhsul əlimizdə qalıb xarab olmur”

“Araz”la əməkdaşlıq fermerlər üçün olduqca əlverişlidir. Məhsul əlimizdə qalmır, xarab olmur və ən əsası müştəri axtarmırıq. Öncədən nə qədər məhsul alacaqlarını bildirirlər, biz də o qədər əkib-becərib, tədarük edirik”. Bu sözləri “Araz”ın ən böyük tərəvəz tədarükçülərindən biri, ağ kələm istehsalçısı Ağdaş sakini Qalib Qasımov deyir. O, 11 ildir ki, təsərrüfatla məşğuldur və 38 ha. ərazidə kələm və badımcan yetişdirir. Q.Qasımovun sözlərinə görə, “Araz” ilə əməkdaşlıq nəticəsində təsərrüfatı dirçəlib, inkişaf edib. Marketlərin sayı artdıqca, alınan məhsulun həcmi də artır: “Yaxın gələcəklə bağlı planlar çoxdur. “Araz”la əməkdaşlıq çərçivəsində biz bütün planlarımızı yerinə yetirəcəyik. Mən bütün fermerlərin adından bu cür sosial təşəbbüsə görə “Araz” supermarketlər şəbəkəsinə dərin təşəkkürümü bildirirəm, əməkdaşlığımızın daimi olmasını arzulayıram”.

“Məhsul birbaşa fermerlərdən alınıb marketlərdə satışa çıxarılır”

“Araz” supermarketlər şəbəkəsi ilə uğurlu əməkdaşlıq edən fermerlərdən biri də alma, armud, nektarin, gavalı, şaftalı və gilas tədarükçüsü Elnur Mənsimovdur. Onun sözlərinə görə, “Araz” ilə əməkdaşlıq nəticəsində təsərrüfatı xeyli genişləndirib və artıq 400 ha. ərazidə əkin işləri həyata keçirir: “Araz” fermerlərlə əlaqə qurduqdan sonra biz – fermerlər məhsulu marketlərə çatdırmaq üçün vaxt və pul sərf etmirik, məhsul əlimizdə qalıb xarab olmur, nə qədər istənilirsə, o qədər tədarük olunur. Buna görə də maddi və mənəvi zərərlərimiz olmur. Şirkət bizə öncədən növbəti ayda hər meyvədən hansı həcmdə alacağı barədə məlumat verir. Bu da bizə işimizi, xərc və gəlirlərimizi öncədən planlamağa imkan verir”.

96 fermerdən 40 min tondan çox məhsul alınıb

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi cari ilin ilk yarısında “Tarladan rəfə” konsepsiyası çərçivəsində 96 fermerdən 50 milyon manat dəyərində, 40 min tondan çox kənd təsərrüfatı məhsulu alıb. Bu məhsullar “Araz” mağazalarında müştərilərə təqdim edilib. Bu ilin sonunadək əməkdaşlıq edilən fermerlərin sayının 120-ə çatdırılması nəzərdə tutulur.

“Tarladan rəfə” konsepsiyasının məqsədi fermerlərin becərdiyi məhsulları tarladan birbaşa rəflərə gətirməklə həm kiçik və orta təsərrüfat subyektlərinə dəstək göstərmək, həm də istehlakçıları mümkün uyğun qiymətə, təzə və təravətli meyvə-tərəvəzlə təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər