10 C
Baku
Thursday, December 12, 2024

“CibPay”in nizamnamə kapitalı 780 min manata qaldırıldı

Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını 780 min manata qaldırıb.

Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitaklını 280 min manat və ya 56 faiz artımış olub.

Buna qədər onun 500 min manat nizamnamə kapitalı vardı. Şirkət cari ilin avqustunda 100 manatdan 500 min manata qaldırmaqla Mərkəzi Bankın ödəniş təşkilatları üçün müəyyən etdiyi minimal normativə çatdırmışdı.

Xatırladaq ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi  Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir. Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.

Son xəbərlər
Digər xəbərlər