13 C
Baku
Friday, November 22, 2024

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya rejimi bir il qüvvədə olacaq

Avropa İttifaqı (Aİ) Şurasının ötən gün Rusiyaya qarşı qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq.

Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunmuş qətnamədə deyilir.

“Qərar 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq”, – qətnamədə qeyd olunub.

Hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiya Federasiyasına qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir.

Sentyabrın 13-də Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların hər altı aydan daha az müddətə uzadılması imkanını nəzərdən keçirəcəklər, sanksiyaların qüvvədə olma müddəti 3 ilədək artırıla bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər