14 C
Baku
Saturday, November 23, 2024

“Respublika Diaqnostika Mərkəzi” barəsində cərimə protokolu tərtib edildi

“Respublika Diaqnostika Mərkəzi” ASC-yə cərimə yazılıb.

Banker.az xəbər verir ki, xəstəxana barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xəzər Rayon Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-in 491.1-ci maddəsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər