13 C
Baku
Sunday, November 24, 2024

Dövlət Su Ehtiyatları Agentliyi ilə bağlı Prezidentdən Fərman

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin (ESTİS) təsdiq edilməsi barədə” 13 fevral 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sistemin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əvəzinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi görəcək.

Agentlik həmçinin Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

ESTİS-in sahibi və operatoru Agentlikdir.

Son xəbərlər
Digər xəbərlər