20 C
Baku
Wednesday, October 16, 2024

Si Cinpin deyir ki, bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Çin-ABŞ münasibətləri dünyada ən mühüm əlaqələrdən biridir, iki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi ondan asılıdır.

Bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Çin-ABŞ Münasibətləri üzrə Milli Komitənin ənənəvi görüşü iştirakçılarına müraciətində ifadə edib.

“Pekin hər zaman iki ölkə arasında münasibətləri qarşılıqlı hörmət, dinc yaşayış və faydalı əməkdaşlıq prinsiplərinə uyğun qurub”, – deyə müraciətdə bildirilir. Qeyd olunub ki, Pekin hər iki ölkənin iqtisadi uğurlarını faydalı hesab edir və bu istiqamətdə bir-birinə kömək etməli olduğunu düşünür.

“Çin ABŞ-ın tərəfdaşı və dostu olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək”, – deyə ÇXR lideri vurğulayıb.

Qeyd edək ki, Çin-ABŞ Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə Birləşmiş Ştatlarda iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olan bir qrup alim, siyasətçi və iş adamı tərəfindən yaradılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər