16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 10% artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 989 milyon manatının və yaxud 5,2%-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,9% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər