Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz 6% azaldılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 6 milyard 344 milyon manatının və yaxud 16,6%-nin hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,2% azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər