Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın bank sektorunun kredit artımının 2024-cü ildə 20%-ə çatacağını proqnozlaşdırıb.
Banker.az bu barədə agentliyin bu gün dərc etdiyi məqaləyə istinadən xəbər verir.
Lakin sonra, 2025-ci ildə bank kreditlərinin 15%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb.
Bununla belə qeyd edilir ki, Azərbaycan hələ də MDB+ regionunda ən aşağı kreditləşmə səviyyələrindən birinə malikdir.
Sektorun kreditlər/ÜDM nisbəti 2024-cü ilin birinci yarısının sonuna 20% təşkil edib.
“Banklara öz biznes həcmlərini genişləndirmək və növbəti bir neçə il ərzində daha güclü gəlir əldə etmək imkanı verir”- deyə, bildirilib.