13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank faiz qərarına dair iclasın vaxtını dəyişdirdi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı ilə əlaqədar olaraq İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-relizin yayımlanması öncədən təyin olunmuş 30 oktyabr tarixindən 1 noyabr 2024-cü il saat 10:00-a keçirilir.

Banker.az xəbər verir ki, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu AMB-nin yeddinci iclası olacaq. Bu iclasların üçündə faizlər endirilib, qalan üçündə dəyişməz saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər