13 C
Baku
Friday, November 22, 2024

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar son oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən halları üçüncü oxunuşda təsdiqləyib.

Bununla bağlı “Turizm haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

– kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət,

– iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

– tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət

– “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər