“Burma” QSC 2023-cü ili 177 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 114 min manat zərər edib.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Burma” QSC-nin ümumi gəlirləri 9 milyon 69 min manat olub ki, bu da illik müqayisədə 43 dəfə artım deməkdir.
31 dekabr 2023-cü il tarixində “Burma” QSC-nin cəmi aktivləri 764min manatdan 6 milyon 282 min manata, cəmi öhdəlikləri 762 min manatdan 6 milyon 104 min manata, cəmi kapitalı isə 2 min manatdan 179 min manata çatıb.