Rusiyanın “Rosatom” dövlət korporasiyası prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb.
Bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.
“Hazırda Qara dənizdə yerləşən “Sinop” meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, – deyə Lixaçov bildirib.
Lixaçov Rəcəb Tayyib Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb.