10 C
Baku
Monday, November 25, 2024

İlk dəfə işə düzələn bu şəxslərə 6000 manat müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılması müzakirə edilib.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik layihəsi ikinci oxunuşa təqdim edilib.

Komitə sədri Musa Quliyev dəyişikliyin sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını vurğulayıb.

Müzakirələrdən sonra sözügedən qanun layihəsi və gündəliyə daxil edilmiş “Arbitraj haqqında” icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında layihə ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər