11 C
Baku
Tuesday, November 5, 2024

“AniPay”la ödənişlər cari ildə azalıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən ödəniş sistemi “AniPay” ilə ödənişlər bu il öncəki illə müqayisədə azalıb.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin statistik bülletenində bildirilir.

2024-cü ilin ilk səkkiz ayında Ani Ödəniş Sistemləri ilə  763.86 milyon manat həcmində ödənişlər aparılıb.

Bu da 2023-cü ilin eyni dövründə 833.00 milyon manat əməliyyat aparılmışdı. Bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 69.14 milyon manat və ya 8% azdır.

89787

“AniPay” 2020-ci ilin oktyabrından fəaliyyətə başlayıb. Bu sistem işə düşdüyü gündən bu günə qədər 2 mlrd.695.8 mln. manatlıq əməliyyatlar həyata keçirib.

AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”-də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”-yə inteqrasiya edilib.

Son xəbərlər
Digər xəbərlər