Çinin “Xiaomi” şirkəti oktyabr ayında 20 min elektromobil tədarük etdiyini açıqlayıb. Noyabrın sonunadək istehsalçının ümumi istehsalının 100 min avtomobilə qədər artacağı gözlənilir.
“Xiaomi” ilk dəfə 2021-ci ildə avtomobil istehsal etməyi planlaşdırdığını açıqlayıb. Şirkətin 2024-cü ilin mart ayının sonunda təqdim etdiyi SU7 modeli “Tesla”dan 4 min dollar ucuzdur.
“Xiaomi” həmçinin SU7-Ultra-nın yüksək səviyyəli idman versiyası üçün ilkin sifarişlərin başladığını elan edib. Avtomobilin qiyməti 814 min yuandan (114 min dollar) başlayacaq və 2025-ci ilin martında bazara çıxacaq.
Sentyabr ayında Çinin daha bir avtomobil istehsalçısı “Xpeng” 20 mindən çox avtomobil tədarük edib ki, bunun da təxminən yarısı şirkətin bu yaxınlarda təqdim etdiyi ucuz “Mona” modeli olub.