Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxus “Albalılıq Avtoparkı” MMC-yə yeni direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, yeni vəzifəyə təyin olunan şəxs Əyyub Kərimli Zöhrab oğludur.
Buna qədər vəzifədə İlqar İbrahimov Rasim oğlu idi.
Qeyd edək ki, bu şirkət 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 17 216 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır.