Ər-Riyadda dünyada ən böyük binanın tikintisinə başlanılıb. Düzünü desək, dəbdəbəli Mukaabı göydələn adlandırmaq olmaz, çünki o, qala olmayacaq. Səudiyyəlilərin möhtəşəm layihəsi qızılı rəngli nəhəng kubdur: onun uzunluğu, eni və hündürlüyü hər biri 400 metr olacaq. Futuristik bina o qədər böyük olacaq ki, Nyu-Yorkun 20 məşhur “Empire State Building” binasını sığdıra biləcək.
Bu binanın çoxfunksiyalı, faktiki olaraq tam mükəmməl bir şəhər olması diqqətəlayiqdir. Burada təkcə ofislər, ticarət obyektləri və istirahət zonaları deyil, həmçinin 9 min mehmanxana nömrəsi olacaq. Mukaabda daimi məskunlaşmaq istəyənlər üçün isə 104 min mənzil nəzərdə tutulacaq. Tərtibatçının vədləri təsiredici görünür: bir addımlıq məsafədə əlçatan olan yaşıl sahələr və nəhəng LED ekranlardan dəbdəbəli xarici dekorasiya Səudiyyə kubunu sənət əsərinə çevirəcək.
Bu ideya səudiyyəlilərə 50 milyard dollara başa gələcək. Çoxmərtəbəli binanın yaradılmasında 900 işçi çalışacaq. Tikintinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
Çoxmərtəbəli binanın tərtibatçıları əmindirlər ki, onların kubu “Riyadın yeni siması” olacaq.