11 C
Baku
Monday, November 25, 2024

İndi trend əksinədir – Azərbaycan tütünü xaricə satır, gəlir götürür

Azərbaycan təmizlənmiş tütün ixracını kəskin artırmaqla ixracdan asıllığı azalıb.

2024-cü ilin ilk səkkiz ayında xaricə 1 746.9 tonluq və ya 6 milyon 802.5 min dollarlıq təmizlənmiş və 3 401.2 ton və ya 8 milyon 934.2 min dollarlıq təmizlənməmiş  tütün ixrac edilib.

Banker.az xəbər verir ki, təmizlənmiş tütünün Birləşmiş Ərəb Əmirliyinə 487.16 tonlluq tütün ixrac edib. Tütünün ixrac dəyəri isə 2 milyon 241.1 min ABŞ dolları təşkil edib.

Azərbaycan son illərdə tütün ixracına başlayıb və indiyə qədər BƏƏ-yə ixrac yox idi. Məsələn, keçən ilin ilk səkkiz ayında cəmi ölkə üzə ixrac 159.82 ton və ya 558.63 min dollar idi.

Bu məhsuldan siqaret istehsalı üçün istifadə edilir və yarpaqların orta damarcığı çıxarılaraq sənaye üçün hazır hala gətirilir.

Azərbaycanda son illərdə bu məhsulun daxildə istehsalı yüksəlib və bu da həm tütün idxalını və eləcə də hazır məhsul kimi siqaret idxalını endirib.

Keçən ilin ilk səkkiz ayında Azərbaycan xaricdən 514.1 ton və ya 3 milyon 54.04 min dollar dəyərində tütün idxal etmişdi. Cari ildə bu rəqəm 76.4 ton və ya 530.5 min dollara düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

2021-ci ilin müvafiq dövründə 220.4 ton və ya 1128.38 min dollar, 2022-ci ilin eyni dövründə 849.1 ton və ya 3 min 856.5 min dollar həcmində idxal var idi.

 

Təmizlənmiş tütün idxalı, 2024-cü ilin ilk 8 ayı
Ölkə Miqdar, ton Dəyər, min $
  BƏƏ      487.2    2,241.1
  Bolqarıstan      638.8    2,223.7
  İtaliya      267.9    1,199.7
  İndoneziya      103.2      371.3
  Braziliya        93.0      246.5
  Rusiya        90.3      238.5
  Türkiyə        41.4      223.7
  Avstriya        18.8        30.1
  Litva          6.3        28.0
CƏMİ 1746.91 6802.53

 

Son xəbərlər
Digər xəbərlər