18 C
Baku
Friday, November 22, 2024

Cəbrayılın Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin tikintisinə ₼40 milyon ayrıldı

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə 40 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl rayonu, Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 40 225 220 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər