Bank olmayan kredit təşkilatı “Caspian İnvest” MMC-nin İdarə Heyətinə təyinat olub.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Əziz Əzizzadə Emil oğlu BOKT “Caspian İnvest” MMC-nin İdarə heyətinin üzvü seçilib.
Hazırda Salmanov İbrahim Elşən oğlu İdarə Heyətinin sədridir.
Xatırladaq ki, “Caspian İnvest” MMC 2004-cü ildə təsis edilib və 1.2 mln. manat nizamnamə kapitalı var.