9 C
Baku
Monday, December 23, 2024

2025-ci ilin sonuna kimi qızılın qiyməti 3 min dollara çatacaq – “Goldman Sachs”

2025-ci ilin sonuna kimi qızılın qiyməti 1 unsiya üçün 3 min dollara çatacaq ki, buda cari göstəricidən 8% çoxdur, “Goldman Sachs” yazır. Analitiklər bu proqnozun üç səbəbini müəyyənləşdirirlər:

  1. Mərkəzi Banklardan yüksək tələb. “Goldman Sachs” gələn il qızıl alışlarının yavaşlamasını, lakin yenə də güclü olacağını gözləyir.
  2. ABŞ-də faiz dərəcələrinin azalması. Bu, Qərbin qızılla dəstəklənən ETF-lərinə investisiyaların artmasına səbəb olacaq.
  3. İnvestorlar təhlükəsiz aktivlər axtaracaqlar. “Goldman Sachs” hesab edir ki, geosiyasi və inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən spekulyativ mövqeləşdirmə yüksək səviyyələrə çatıb. Bununla belə, bank seçkilərdən sonra qeyri-müəyyənliyin azalacağını gözləyir ki, bu da qısa müddətdə qızılın qiymətində müəyyən azalmaya səbəb ola bilər.

Bununla belə, “Goldman Sachs” analitikləri əmindirlər ki, qızıl dünyada gərginliyin potensial eskalasiyası səbəbindən uzunmüddətli perspektivdə cəlbedici aktiv olaraq qalacaq. Belə amillərə ticarət mübahisələri, FED-inmüstəqilliyinə təhdidlər, ABŞ borcu ilə bağlı narahatlıqlar və gələcək tənəzzül ehtimalı daxildir.

Son xəbərlər
Digər xəbərlər