11 C
Baku
Tuesday, November 5, 2024

BP şirkəti Azəri-Çıraq-Günəşlidə son rübdə hasilatın yüksəldiyini bildirib

2024-cü ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib.

Banker.az xəbər verir ki, bu barədə AÇG-nin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkəti açıqlayıb.

2024-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6 500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub. Keçən rübün sonunda gündəlik hasilat  336 000 barel olmuşdu.

Bununla belə, keçən ildən aşağıdır. Keçən ilin eyni dövründə AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft (keçən il: 136) hasilatı quyusu, 47 (45) su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.

Son xəbərlər
Digər xəbərlər