8 C
Baku
Sunday, November 17, 2024

BP-nin Azərbaycan vətəndaşı olan işçilərinin sayı açıqlanıb

2024-cü ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub.

Banker.az bu barədə şirkətin açıqlamasına istinadən xəbər verir.

Şirkət deyir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Keçən ilin eyni dövründə işçi sayı 2 395 nəfər olmuşdu.

Beləliklə, son bir ildə 0.25% artıb.

Son xəbərlər
Digər xəbərlər