14 C
Baku
Thursday, November 21, 2024

2026-cı ildən Aİ-yə idxal olunan məhsullarda emissiyaların nəzərə alınması planlaşdırılır

Avropa İttifaqının qəbul etdiyi iqlim siyasəti aləti olan CBAM (Carbon Border Adjustment Mechanism) ilkin mərhələdə elektrik, gübrə, dəmir-polad, alüminium, sement və hidrogen sahələrinə təsir edəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəis müavini Oqtay Yaqubov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, 2026-cı ildən etibarən CBAM-ın təsir dairəsinə daxil olan məhsulların idxalı üçün qeydiyyat və ödəniş öhdəliyi olacaq: “Bu məhsulların Aİ ölkələrinin ərazisinə idxalı zamanı karbon emissiyalarının nəzərə alınması planlaşdırılır. Uzunmüddətli perspektivdə isə CBAM-ın əhatə dairəsinin genişləndirilərək daha çox sektoru əhatə etməsi nəzərdə tutulur”.

O. Yaqubov əlavə edib ki, idxalçılar üçün hesabatların təqdim edilməsi məcburidir və hesabat verilmədiyi və ya təhrif edilmiş formada təqdim edildiyi halda, yanlış təqdim edilən emissiya həcminin hər tonu üçün 10-50 avro arasında cərimə tətbiqi nəzərdə tutulur.

Hazırda CBAM, 1 oktyabr 2023-cü il – 31 yanvar 2026-cı illəri əhatə edən monitorinq və hesabat dövrü olan keçid mərhələsindədir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər