Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən prezident seçkisində qalib elan edilən Donald Trampı təbrik edib.
Telefon danışığında Vaşinqtonla Ankara arasındakı münasibətlərinə toxunan Türkiyə prezidenti iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Türkiyə prezidenti Donald Trampın xüsusən Ukrayna və Qəzzadakı hərbi münaqişədə sülhə nail olmaq istiqamətində səylərinin nəticə verəcəyini ümid etdiyini vurğulayıb.